Şehiçin COVİD-19-a yoluxması barədə məlumatlara özündən reaksiya gəldi

Şehiçin COVİD-19-a yoluxması barədə məlumatlara özündən reaksiya gəldi

"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Erzurumspor"da oynayan İbrahim Şehiç koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

SİA xəbər verir ki, o, özünün "Feysbuk" hesabı vasitəsi ilə bu iddiaları təkzib edib: "Koronavirus? Bu, yalandır. Mən yaxşıyam".

Qeyd edək ki, "Erzurumspor"da 11 nəfərdə koronavirus aşkarlanıb, 72 nəfər isə karantinə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə