“Sevilya” Lopesi transfer edir

“Sevilya” Lopesi transfer edir

İspaniyanın “Sevilya” klubu mövsümlərarası fasilədə yarımmüdafiə xəttini gücləndirəcək. SİA-nın məlumatına görə, La Liqa təmsilçisi 22 yaşlı Maksim Lopesi transfer etmək niyyətindədir.

Sevilyanın eyniadlı təmsilçisi Fransa “Marsel”inin yarımmüdafiəçisinin keçidi ilə bağlı danışıqlara da start verib. İspaniyalılar Lopes üçün 12 milyon avro təklif edir.

Qeyd edək ki, Lopes cari mövsümdə “Marsel”in heyətində bütün turnirlərdə 27 matç keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə