"Latsio"dan Rakitiçə üç illik müqavilə təklifi

"Latsio"dan Rakitiçə üç illik müqavilə təklifi

“Barselona”nın futbolçusu İvan Rakitiç daha bir klubun transfer hədəfindədir.

SİA “sports.ru” saytına istinadən bildirir ki, Roma təmsilçisi xorvatiyalı yarımmüdafiəçinin meneceri ilə danışıb. Paytaxt klubunun Rakitiçə üç illik müqavilə təklif etdiyi bildirilir.

“Barselona”nın Rakitiç üçün “Latsio”dan 20 milyon avro istədiyi, ancaq danışıqlara da hazır olduğu qeyd olunub.

Rakitiçin “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Qeyd edək ki, "Atletiko" və "Sevilya" da Rakitiçlə maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə