FIFA dünya çempionatını təxirə salıb

FIFA dünya çempionatını təxirə salıb

FIFA futzal üzrə dünya çempionatını təxirə salıb.

SİA qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu il keçirilməsi planlaşdırılan yarış koronavirus pandemiyasına görə 2021-ci ildə təşkil ediləcək və 12 sentyabr - 3 oktyabr tarixlərini əhatə edəcək. Mundial əvvəlcədən nəzərdə tutulduğu kimi Litvada olacaq.

FIFA həmçinin, qadınlar arasında U-20 dünya çempionatının 20 yanvar - 6 fevral 2021-ci il Kosta Rika və Panamada təşkil olunacağını da açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə