Türkiyənin İstanbul şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.
SİA-nın xəbərinə görə, aprelin 22-də - yarışın ikinci günü 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Elnur Məmmədli Pavlos Qkraklov (Yunanıstan), Srjan Mrvaljeviç (Monteneqro), Murat Xabaçirov (Rusiya), Tomislav Maryanoviç (Xorvatiya) və Allen Şmitti (Fransa) məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə Olimpiya çempionumuzun rəqibi Moldova cüdoçusu Sergey Toma olub. E.Məmmədli rəqibi üzərində inamlı qələbə qazanaraq ikiqat Avropa çempionu adını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB