Məşhur futbolçu ana oldu - ŞƏKİL

Məşhur futbolçu ana oldu - ŞƏKİL

"Orlando Payret" və ABŞ-ın qadınlar millisinin hücumçusu Aleks Morqanın övladı dünyaya gəlib.

SİA xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə "İnstaqram" hesabında məlumat verib. Xanım futbolçu qız övladına Çarli Elena adının verildiyini bildirib.

Qeyd edək ki, Morqan "Lion"la Çempionlar Liqasının qalibi olub. O, ABŞ millisində 2 dəfə dünya çempionluğu yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə