Mayın 9-da "Şahmatda onlayn gediş" layihəsi çərçivəsində turnir start götürüb.
SİA-nın məlumatına görə, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə keçirilən yarış ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib.
Turnirin 12 turdan ibarət İsveçrə sistemi üzrə keçiriləcək seçmə mərhələsi mayın 9-da, dairəvi sistem üzrə təşkil ediləcək final mərhələsi isə mayın 10-da baş tutacaq. İlk mərhələnin yekununda 10 ən yaxşı şahmatçı finala vəsiqə qazanacaq.
Yarışın texniki təşkilatçısı və hakimi beynəlxalq usta, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Orxan Abdulovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB