Futbol üzrə Almaniya Bundesliqasının dəqiq bərpa vaxtı açıqlanıb. SİA-nın məlumatına görə, Almaniya Futbol Liqası çempionatın mayın 16-da başlayacağını açıqlayıb. İlk oyun isə Dortmund "Borussiya" və "Şalke" arasındakı Rur derbisi olacaq. Çempionatın iyunun 30-da başa çatdırılması planlaşdırılıb.
Qeyd edək ki, Bundesliqa martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB