“Real”ın yarımmüdafiəçisi Kasemironun taleyinə aydınlıq gəlib. SİA-nın məlumatına görə, Braziliya millisinin üzvü “kral klubu” ilə yeni müqavilə imzalayacaq.
Tərəflər arasında bununla bağlı danışıqlar artıq yekunlaşıb. Razılığa əsasən, 28 yaşlı dayaq yarımmüdafiəçisinin müqavilə müddəti 2023-cü ilin yayına qədər uzadılacaq. Maaşı artırılacaq futbolçunun sərbəst qalma məbləği isə müqavilədə 200 milyon avro kimi göstəriləcək.
Qeyd edək ki, Kasemiro 2013-cü ildən “Real”da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB