İspaniyanın "Xetafe" futbol klubu ərəb şirkəti tərəfindən satın alındı. Siasport.az saytı xəbər verir ki, baş ofisi Dubay şəhərində yerləşən və Birləşmiş Ərəb Əmirliklərinə məxsus olan "Royal Emirates Group of Companies" Firması İspaniya La Liqasında mübarizə aparan klubun səhmlərini öz ixtiyarına keçirdiyini rəsmən açıqlayıb. İspaniyanın "Marça" qəzeti yazır ki, satınalmanın məbləği barədə firma tərəfindən heç bir məlumat verilmir. Firmanın sahibi isə Şeyx Butti Bin Süheyl El Maktumdur bildirib ki, ispan klubunun adı olduğu kimi saxlanılsa da, klubun simvollarında və stadionunda, eyni zamanda futbolçuların formalarında da dəyişikliklər olunacaq. Bundan sonra "Xetafe" klubunun formalarının üzərində "Team Dubai" sözləri yazılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB