Beynəlxalq Oxatma Federasiyası (World Archery) Beynəlxalq İdmanın İnkişafına Yardım Fondu ilə birlikdə koronavirus pandemiyası dövründə gəlirdən məhrum olan idmançılara maddi dəstək verəcək. SİA-nın məlumatına görə, bunun üçün ümumilikdə 150 000 ABŞ dolları ayrılıb.
Hər idmançı 7 500 ABŞ dollarından çox olmayan qrant ala biləcək.
Bildirilib ki, maddi yardım üçün 2019-cu il dünya çempionatında və Dünya Kubokunun son mövsümündə iştirak etmiş 18 yaşdan yuxarı idmançılar və paralimpiyaçılar müraciət edə bilərlər.
Bunun üçün onlar qazanclarının 2020-ci ildə gözlənildiyindən az olduğunu sübut edən zəruri sənədləri, həmçinin əldə etdikləri gəlirləri hansı istiqamətdə xərcləyəcəkləri barədə bildiriş təqdim etməlidirlər.
Bu imkandan DÇ-2019 və Dünya Kubokunun iştirakçısı olan Azərbaycan millisinin oxatanları da faydalana biləcəklər.
Yığmanın məşqçisi Natiq Fazilovdan aldığımız məlumata görə, bunlar Yaylagül Ramazanova, Özay Qasımova və Svetlana Simenovadır. Hər 3 idmançı ötən il Türkiyə və Almaniyadakı Dünya Kubokunda, həmçinin Niderlanddakı dünya çempionatında iştirak ediblər.
Onlardan Y.Ramazanova DÇ-də final mərhələsinə vəsiqə qazansa da, mükafatçılar sırasına düşə bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB