Toni Ferqyuson turnir öncəsi testindən keçib

Toni Ferqyuson turnir öncəsi testindən keçib

Amerikalı döyüşçü Toni Ferqyuson mütləq döyüş çempionatının (UFC) UFC-249 turniri çərçivəsində həmyerlisi Castin Qetji ilə təşkil olunacaq döyüşdən əvvəl koronavirus testindən keçib. SİA-nın məlumatına görə, testdən, həmçinin amerikalı döyüşçünün bütün komanda üzvləri də keçiblər. Testin nəticələri daha sonra açıqlanacaq.

Qeyd edək ki, döyüş mayın 10-na keçən gecə ABŞ-ın Florida ştatında baş tutacaq. Qarşılaşmanın keçiriləcəyi arenaya tamaşaçılar buraxılmayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə