UEFA futbol üzrə ölkə çempionatlarının gələn mövsümü ilə bağlı üzv federasiyalara təlimat verib. SİA-nın məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir açıqlayıb.
TFF rəhbəri bu gün keçirilən iclasda bildirib ki, qitə futbol qurumu Avropa çempionatına görə, 2020/21 mövsümünün gələn il mayın 25-də yekunlaşmasını istəyib: “UEFA gələn mövsümlə bağlı da yerli federasiyalarla müzakirələr aparır. Qurum növbəti mövsüm çempionatların mayın 25-də başa çatması ilə bağlı təlimat verib. Buna səbəb AVRO-2020-nin 2021-ci ilə keçirilməsidir”.
Qeyd edək ki, bir neçə Avropa ölkəsi iyunda mövsümü bərpa etməyi planlaşdırır. Azərbaycan Premyer Liqasının taleyi isə karantin rejiminin mayın 31-dək uzadılması səbəbindən qeyri-müəyyəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB