"Səbail"in futbolçusu Aleksandr Rıbka yayda komandanı tərk edə bilər. SİA-nın məlumatına görə, bunu mətbuata açıqlamasında ukraynalı qapıçının özü deyib.
Otuz üç yaşlı qolkiper bildirib ki, klubdakı gələcəyi ilə bağlı hələ qərar verməyib: "Səbail"lə daha 1 illik müqaviləm var. Komandada qalıb-qalmayacağımı bilmirəm. Zaman hər şeyi göstərəcək".
Qeyd edək ki, Aleksandr Rıbka "Səbail"də 2019-cu ilin yanvarından forma geyinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB