İspaniya La Liqasının cari mövsümünün hazırkı lideri “Barselona”nın koronavirus pandemiyası ilə əlaqədar turnirlərin təxirə salınması səbəbindən itkiləri 120-140 milyon avrodur. SİA-nın məlumatına görə, bu haqda klubun vitse-prezidenti Xordi Kardoner “ESPN” kanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Barselona” matçlara və klubun muzeyinə bilet satışından 50 milyon, yayım haqlarından 39 milyon, komandanın mağazalarından və kommersiya gəlirlərindən isə 35 milyon avro zərər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB