İngiltərənin “Mançester Siti” klubunun almaniyalı hücumçusu Leroy Sane Münhenin “Bavariya” komandası ilə razılığa gəlib. SİA-nın “Get German Football News” nəşrinə istinadla məlumatına förə, Münhen təmsilçisi artıq 24 yaşlı futbolçu ilə beşillik müqavilə imzalayıb. Hazırda müqavilənin təfərrüatları açıqlanmır.
Qeyd edək ki, Leroy Sane 2016-cı ildən “Mançester Siti” klubunun şərəfini qoruyub. Ötən il avqustun 4-də İngiltərə Superkuboku uğrunda “Liverpul” ilə qarşılaşmada zədələnən futbolçu 2019-2020-ci il mövsümündə çıxış edə bilməyib. L.Sane yanvarın sonunda komanda ilə məşqlərə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB