Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol turnirinin açılış mərasimi keçirilib
Bu gün "Səs", "Yeni Azərbaycan" və "İki Sahil" qəzetlərinin təşkilatçılığı və "Azərfon" MMC-nin maliyyə dəstəyi ilə keçirilən müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş media nümayəndələrindən ibarət komandalar arasında ənənəvi voleybol turnirinin açılış mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, mərasimdə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov iştirak edib.
H.Babaoğlu çıxış edərək turnirin önəmliliyindən danışıb. O, yarışın keçirilməsinin ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram olduğunu vurğulayıb. Baş redaktor iştirakçılara uğurlar arzulayıb.
Daha sonra çıxış edən V.Rəhimzadə yarışın keçirilməsində məqsədin ümummilli lider Heydər Əliyevin zəngin irsini təbliğ etmək, media nümayəndələrinin həmrəyliyini və voleybol idman növünün kütləviləşməsini təmin etmək olduğunu qeyd edib. O, iştirakçılara müvəffəqiyyətlər arzulayıb.
B.Quliyev isə ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanına və mediasına qayğısından söz açıb. O, yarışın ulu öndərin adı ilə bağlı olmasının hər bir iştirakçı üçün şərəfli olduğunu bildirib. B.Quliyev güclü olanın qələbə qazanmasını arzulayıb.
Açılış mərasimindən sonra "Azərfon" MMC-nin maliyyə dəstəyi ilə keçirilən turnirə start verilib. Birinci turun nəticələrini nəzərinizə çatdırırıq:
21 aprel
"İki sahil" - "Paritet" (A qrupu) 2:0
AzərTAc - "Bakı xəbər" (A qrupu) 2:0
"Xalq Cəbhəsi" - "Xalq qəzeti" (B qrupu) 0:2
"Mövqe"+Futbol+qol - "Azərbaycan müəllimi" (D qrupu) 2:0
"SİA"+ "Səs" TV - ATV (C qrupu) 2:0
"Səs" - "Palitra" (D qrupu) 2:0
"Yeni Azərbaycan" - Lider TV (B qrupu) 2:0
İTV - "Kaspi" (C qrupu) 2:0
II turun oyunları
Saat 16:00 "İki sahil" – AzərTAc
Saat 16:40 "Bakı-Xəbər" - "Paritet"
Saat 17:20 "Yeni Azərbaycan" - "Xalq" qəzeti
Saat 18:00 Lider TV - "Xalq Cəbhəsi"
Saat 18:40 "SİA"+ "Səs" TV - İTV
Saat 19:20 "Kaspi" - ATV
Saat 20:00 "Səs" - "Mövqe"
Saat 20:40 "Azərbaycan müəllimi" - "Palitra"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB