Villian "Çelsi"ni "Tottenhem"ə dəyişir

Villian "Çelsi"ni "Tottenhem"ə dəyişir

İngiltərənin "Çelsi"nin futbolçusu Villian bu ölkənin digər klubunda çıxış edə bilər.

SİA Britaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı oyunçu ilə "Tottenhem" maraqlanır. Bildirilib ki, Villian artıq baş məşqçi Joze Mourinyo ilə keçidi barədə danışıb və razılığa gəlib.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçinin klubu ilə müqaviləsi iyunun 30-u başa çatır. O, bu mövsüm Premyer Liqada 28 matçda 5 qol vurub, 5 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə