MLS klubu Vidalı hədəf seçib

İspaniyanın “Barselona” klubunun futbolçusu Arturo Vidal karyerasını MLS-də davam etdirə bilər. SİA-nın məlumatına görə, yarımmüdafiəçi qarşıdakı transfer dövründə Şimali Amerikaya yollanmaq imkanı qazanıb.

32 yaşlı futbolçu ilə ABŞ-ın bir neçə klubu maraqlanır. Vidalı heyətində görmək istəyənlərdən biri “İnter Mayami”dir.

“Barselona” çilili futbolçunu satmağa hazırdır. Çünki müqaviləsi 2021-ci ilin iyununda başa çatan Vidalla anlaşmanı uzatmaq niyyətində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə