Daha bir dünya çempionatı təxirə salınıb

Daha bir dünya çempionatı təxirə salınıb

Yaponiyanın Fukuako şəhərində 2021-ci ildə keçirilməsi planlaşdırılan su idmanı üzrə dünya çempionatı təxirə salınıb. SİA-nın Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, mundial 2022-ci ildə olacaq.

Yarış 13 - 29 mayda baş tutacaq.

Dünya çempionatının vaxtının dəyişdirilməsi Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması ilə bağlıdır.

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə