Rusiyaya medal dalınca...
Bu gün bir qrup azərbaycanlı bədii gimnast Rusiyaya yollanıb. Siasport.az saytı xəbər verir ki, onlar sabah Rusiyanın Vladimir şəhərində start götürəcək bədii gimnastika üzrə beynəlxalq turnirdə çıxış edəcəklər. Gimnastlarımız müxtəlif yaş qruplarında, Natalya Narimanovanın rəhbərliyi altında çoxnövçülükdə və fərdi yarışlarda birinci olmağa çalışacaqlar. Vladimir şəhərinin "İntersport" idman kompleksində keçiriləcək yarışda ölkəmizi Balaxanım Əhmədova, Leyli İbrahimova, Ləman Hacıyeva, Aydan Ağayeva, Ləman Hüseynova, Diana və Lala Kramarenkolar təmsil edəcək. Turnirdə idmançılarımızla yanaşı, Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Estoniya və Qazaxıstanın bədii gimnastları da mübarizə aparacaqlar. Aprelin 23-də yekunlaşacaq beynəlxalq yarışın baş hakimi Rusiyanın əməkdar məşqçisi Nadejda Şatalinadır. Qeyd edək ki, nümayəndə heyətimiz Vladimir şəhərinin "Knyaz Vladimir" otelində məskunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə