Cüdoçularımız dünya çempionatına İsmayıllıda hazırlaşırlar

Cüdoçularımız dünya çempionatına İsmayıllıda hazırlaşırlar
Cüdo üzrə kişilər və qadınlardan ibarət əsas milli yığma komandamız 09-13 sentyabr tarixlərində Yaponiyanın paytaxtı Tokiyo şəhərində keçiriləcək növbəti dünya çempionatına hazırlığını İsmayıllı Olimpiya İdman Kompleksində keçirir. Siasport.az saytı xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov cüdoçularımıza baş çəkərək təlim-məşq prosesinin gedişatı ilə maraqlanıb. Baş məşqçi Ağayar Axundzadə yığma üzvlərinin yüksək əhval-ruhiyyədə və hazırlıqlı olduğu barədə məlumat verib. Federasiya prezidenti F.Ələkbərov idmançılarımızın medallarla qayıdacaqlarına ümid bəslədiyini gizlətməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə