"İnter"in sabiq futbolçusu Luiş Fiqu komandanın sabiq baş məşqçisi Roberto Mançini ilə aralarında olan soyuq münasibətlər barədə danışıb.
SİA "sports.ru" saytına istinadən xəbər verir ki, o, italiyalı mütəxəssis tərəfindən aşağılandığını söyləyib:
"Əvvəlcə hər şey yaxşı idi. Amma zamanla məşqçinin mənə münasibəti dəyişdi. Biz insan kimi bir-birimizi başa düşməməyə başladıq. Mançini karyeramda məni aşağılayan şəxsdir.
"İnter"də oynayanda əzab çəkirdim. Mənim o zaman 20 deyil, 34-35 yaşım vardı. Olmaması gərəkən vəziyyətlər yaranırdı. 85 dəqiqə hazırlaşıb, sonra 5 dəqiqə meydanda olmaq normal deyildi. İnsanlara hörmətlə yanaşmaq lazımdır".
Xatırladaq ki, Fiqu 2005-2008-ci illərdə "İnter"də oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB