Bundesliqa təmsilçisi "Köln"də futbolçular, məşqçilər və klubun əməkdaşları koronavirus testindən keçiblər.
SİA klubun saytına istinadən xəbər verir ki, testin nəticəsinə əsasən, üç nəfərdə koronavirus aşkarlanıb. Həmin şəxslərin 2 həftə karantində olacağı vurğulanıb.
Koronavirusa yoluxanların futbolçu və ya klubun əməkdaşı olduğu dəqiqləşməyib.
Komandanın ehtiyat tədbirlərinə riayət edərək məşqlərə davam edəcəyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB