Kim güclüdür: Maurinyo, yoxsa Qvardiola?

Kim güclüdür: Maurinyo, yoxsa Qvardiola?
Bu axşam bütün dünya futbol ictimaiyyətinin diqqəti yenə İspaniyaya yönələcək. Siasport.az saytı xəbər verir ki, İspaniya Kubokunun finalında iki əzəli rəqib olaraq bütün dünyada tanınan "Barselona" və "Real Madrid" üz-üzə gələcəklər. Bir həftə bundan əvvəl İspaniya çempionatında üz-üzə gələn əzəli rəqiblər, hərəyə bir qol buraraq meydandan sülhlə ayrılmışdılar. Amma indi hər iki tərəf üçün itiriləsi xallar yox, ölkə Kubokudur. "Barselona" böyük həcmdə çempionluq məsələsini həll etdiyinə görə, yeganə düşüncəsi mövsümü qızıl dubl edərək bitirməkdir. "Real" isə çempionatın lideri və əzəli rəqibi "Barselona"dan 8-9 xaı geri qalır. deməli onun çempion olmaq məsələsi xəyaldan başqa bir şey deyil. J.Maurinyonun təsəllisi isə heç olmasa Kuboku başı üzərinə qaldırmaqla azarkeşləri sevindirmək olacaq ki, o da bu gün qismətə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə