“Real” Uruqvaydan futbolçu alır

“Real” Uruqvaydan futbolçu alır

İspaniyanın “Real” klubu heyətinə uruqvaylı futbolçu qatmağı planlaşdırır. SİA-nın məlumatına görə, La Liqa təmsilçisi “Penyarol”da çıxış edən Fakundo Pellistrinin xidmətində maraqlıdır.

Madridlilər 18 yaşlı hücumameylli yarımmüdafiəçini bu yay heyətində qatmaqda maraqlıdır. “Real” onun üçün 9 milyon avro ödəmək niyyətindədir.

Qeyd edək ki, futbolçunu “Mançester Siti”, “Napoli” və “Atletiko” da transfer etmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə