Sabah media nümayəndələri arasında voleybol turnirinə start veriləcək

Sabah media nümayəndələri arasında voleybol turnirinə start veriləcək

Media nümayəndələri arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol turnirində qrup oyunlarına sabah start veriləcək. Turnirin ilk günündə 8 oyun keçiriləcək. Günün ilk oyununda "İki sahil" qəzetinin komandası "Paritet" qəzetinin voleybolçuları ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirin sponsoru "Azərfon" MMC-dir.

Turun sabah keçiriləcək oyunlarını və matçların başlanma vaxtını təqdim edirik:

Saat 16:00 "İki sahil" – "Paritet"

Saat 16:40 AzərTAc – "Bakı xəbər"

Saat 17:20 "Xalq Cəbhəsi" – "Xalq qəzeti"

Saat 18:00 "Mövqe" – "Azərbaycan müəllimi"

Saat 18:40 SİA+ "Səs" TV - ATV

Saat 19:20 "Səs" – "Palitra"

Saat 20: 00 "Yeni Azərbaycan" –Lider TV

Saat 20:40 İTV – "Kaspi"

Bütün xəbərlər Facebook səhifəmizdə