İspaniyada futbol klubları məşqləri bərpa edir

İspaniyada futbol klubları məşqləri bərpa edir

İspaniyada futbol klubları mayın 4-dən etibarən məşqləri bərpa edə biləcəklər. SİA-nın "Marca"ya istinadən məlumatına görə, İspaniyanın Baş Naziri Pedro Sançes Nazirlər Şurasının aprelin 28-də keçirilən iclasından sonra deyib. O, komandaların öz bazalarında hazırlığa başlayacaqlarını bildirib.

Xatırladaq ki, İspaniyada bütün çempionatlar martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə