FIFA koronavirus pandemiyasının təsiri ilə əlaqədar AFFA-ya 500 min dollar yardım edəcək
FIFA koronavirus pandemiyasının təsiri ilə əlaqədar milli assosiasiyalara maliyyə yardımı edəcək.
SİA xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Yaxın günlərdə 150 milyon dolların dünyanın 211 milli federasiyası arasında bölüşdürüləcəyi qeyd olunub. Hər federasiyanın hesabına 500 min dollar köçürüləcəyi bildirilib.
FİFA-nın futbolun qorunmasına kömək etmək üçün bu addımı atdığı vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB