Daha bir italiyalı futbolçu koronavirusdan sağalıb

Daha bir italiyalı futbolçu koronavirusdan sağalıb

İtaliyanın “Verona” klubunun koronavirusa yoluxan futbolçusu Mattia Zakkaqni sağalıb.

SİA xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin son koronavirus testinin mənfi çıxdığı bildirilib.

Qeyd edək ki, italiyalı futbolçunun mart ayının sonlarında pandemiyaya yoluxduğu məlum olmuşdu. O, bu mövsüm A Seriyasında 23 oyuna 1 qol vurub, 8 qol ötürməsi edib.

Bütün xəbərlər Facebook səhifəmizdə