Azərbaycan şahmatçısı Qədir Hüseynov "Dubai Open" turnirində uğurla çıxış edir. Siasport.az saytı xəbər verir ki, Q.Hüseynov turnirin VIII turu çərçivəsində erməni Karen Qriqaryanı məğlub edib. Hüseynov bu qələbə sayəsində aktivindəki xalların sayını 6-ya çatdıraraq, 3-13-cü yerləri bölüşdürür. Turnir cədvəlinə isə 7 xal toplamış hindistanlı Parimarcana Nehi başçılıq edir.
Qeyd edək ki, 167 şahmatçının mübarizə apardığı "Dubai Open" turniri sabah yekunlaşacaq.
Qeyd edək ki, 167 şahmatçının mübarizə apardığı "Dubai Open" turniri sabah yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB