“Çelsi” klubu “Lill” ilə danışıqlara başlayır

“Çelsi” klubu “Lill” ilə danışıqlara başlayır

İngiltərənin “Çelsi” klubu mövsümlərarası fasilədə Fransa “Lill”inin iki futbolçusunu transfer etməyi planlaşdırır. SİA-nın məlumatına görə, London təmsilçisi mərkəz müdafiəçisi Qabriel Maqalyaes və hücumçu Viktor Osimheni heyətində görmək istəyir.

Artıq danışıqlara start verən “zadəganlar” transferlə bağlı Liqa1 təmsilçisi ilə əlaqə saxlayıblar. Danışıqlar ilkin mərhələdə olduğundan 22 yaşlı fransalı müdafiəçi və 21 yaşlı nigeriyalı forvardla bağlı rəsmi sorğu göndərilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə