"Nyukasl"a yeni transfer siyahısı

"Nyukasl"a yeni transfer siyahısı

"Nyukasl"ı almağa hazırlaşan Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmanın heyəti transfer çalışmalarına başlayıb. SİA-nın məlumatına görə, yeni rəhbərlik transfer siyahısını da artıq hazırlamağa başlayıb.

"Sağsağanlar" ilk olaraq "Napoli"nin hücumçusu Dris Mertens, "Çelsi"nin yarımmüdafiəçisi Villian və PSJ-nin forvardı Edinson Kavanini heyətinə qatmaq niyyətindədir. Hər üç oyunçunun klubu ilə müqavilə müddəti başa çatmaq üzrədir və onlar azad agent kimi "Nyukasl"a keçə bilər. Premyer Liqa təmsilçisi adıçəkilən futbolçulara yüksək məbləğdə maaş təklif edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə