Kapitanlar məşqdən imtina ediblər

Kapitanlar məşqdən imtina ediblər

İspaniya La Liqa və Sequnda klublarının futbolçuları məşqlərin bərpasına qarşıdırlar. SİA-nın məlumatına görə, onlar koronavirus pandemiyasından təhlükəsizlik tədbirləri görməyincə məşqə çıxmaq fikrində deyillər.

Bununla bağlı hər iki liqa klublarının kapitanlarının və Oyunçular Birliyinin iştirakı ilə videokonfrans keçirilib. 42 klubdan 40-nın kapitanı görüşdə iştirak edib. Yalnız "Barselona"lı Lionel Messi və "Real"lı Serxio Ramos videokonfransa qoşulmayıblar. Əksər futbolçular məşq prosesinin yenidən başladılması fikrinə qarşı çıxıblar. Onlar sağlamlıqları və təhlükəsizlikləri üçün zəmanət istəyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə