Aprelin 23-də Azərbaycan–Türkiyə onlayn şahmat yarışı keçiriləcək. SİA-nın məlumatına görə, ölkəmizin Türkiyədəki səfirliyinin və SOCAR-Türkiyənin dəstəyi ilə keçiriləcək yarışda hər iki tərəfi Azərbaycan şahmatçıları təmsil edəcəklər.
Azərbaycan komandasının tərkibində Rauf Məmmədov, Vasif Durarbəyli, Azər Mirzəyev, Ürfan Sevdimalıyev, Səbinə İbrahimova və Zaur Süleymanov çıxış edəcəklər. Türkiyə komandasında isə bu ölkədə yaşayan Azərbaycan şahmatçıları çıxış edəcəklər. Bu komandanın heyətində Vüqar Rəsulov, Misrəddin İsgəndərov, Cəmil Ağamalıyev, Zaur Məmmədov, Nərmin Məmmədova ilə yanaşı, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim də yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB