ÜST-dən tövsiyə barədə xəbərə münasibət UEFA

ÜST-dən tövsiyə barədə xəbərə münasibət UEFA

UEFA Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) koronavirus pandemiyası üzündən 2021-ci ilin sonunadək bütün turnirləri ləğv etməklə bağlı tövsiyə almasına münasibət bildirib. SİA-nın məlumatına görə, qurumun mətbuat xidmətindən Rusiyanın TASS agentliyinə verilən açıqlamada tövsiyə barədə xəbər təkzib edilib.

Bildirilir ki, məsələylə bağlı belə sərt tövsiyə alınmayıb: “İnformasiya düzgün deyil. ÜST heç vaxt tövsiyə etməyib ki, futbol oyunları 2021-ci ilin sonunadək keçirilməsin”.

Qeyd edək ki, UEFA keçirilən video-konfransda milli çempionatların bərpa olunmasını, bu yarışların ardınca isə avrokubokların başa çatdırılmasının tərəfdarı olduğunu bir daha nümayiş etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə