Azərbaycanlı voleybolçuların şərəfini qoruduqları klub ölkə çempionu elan edilib
Azərbaycan voleybolçuları Odina Əliyeva və Natalya Məmmədova şərəfini qoruduğu “Cakarta” klubu ilə çempion tituluna yiyələniblər.
SİA Azərbaycan Voleybol Federasiyasının rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, həmyerlimiz Ziya Rəcəbovun rəhbərlik etdiyi komanda İndoneziya Voleybol Federasiyasının qərarı ilə ölkənin ən güclüsü elan olunub.
Buna səbəb onların müntəzəm çempionatda bütün rəqiblərini üstələməsi olub. Nəticə koronavirus pandemiyasına görə dayandırılan yarış təmsilçilərimizin çıxış etdiyi “Cakarta”nın birinci olması ilə yekunlaşıb.
Odina Əliyeva isə birinci raundun bombardiri, ən yaxşı hücumçu və liqanın ən dəyərli oyunçusu seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB