Xorvatiyanın “Dinamo Zaqreb” futbol klubunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib. SİA-nın məlumatına görə, 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.
Xorvatiya mətbuatı Byelitsanın koronavirusa görə maaşının azaldılmasına razı olmadığı üçün vəzifəsindən göndərildiyini yazıb. Xorvat mütəxəssisin köməkçiləri də eyni səbəbdən vəzifəsindən göndəriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB