Belarusda milli çempionatın startı təxirə salınıb

Belarusda milli çempionatın startı təxirə salınıb

Belarus Futbol Federasiyası qadınların milli çempionatının startını təxirə salıb.

SİA qurumun saytına istinadən xəbər verir ki, buna yarışda iştirak edəcək bir neçə futbolçunun koronavirusun mümkün daşıyıcıları ilə ünsiyyəti səbəb olub.

Birinci tur 16-18 aprel tarixlərində keçirilməli idi. Ancaq matçların növbəti xəbərdarlığa kimi təxirə salınmasına qərar verib.

Qeyd edək ki, Belarusda kişilərin çempionatı Avropada koronavirusa baxmayaraq, davam edən yeganə yarışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə