Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) iyunadək nəzərdə tutulan bütün beynəlxalq turnirləri qeyri-müəyyən müddətədək təxirə salıb. SİA-nın Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən məlumatına görə, bununla bağlı bütün yerli federasiyalara məktub ünvanlanıb.
Təxirə salınan yarışlara “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kuboku da daxildir.
Mart ayından əvvəl qazanılan nəticələr isə qüvvədə saxlanılıb. Bundan əlavə, yarışlar dayandırıldığından, idmançıların reytinq cədvəli də “dondurulub”.
Turnirlərin yalnız pandemiya dövrü başa çatdıqdan sonra başlayacağı bildirilib.
Qeyd edək ki, bu yarışlarda Azərbaycan qılıncoynadanlarının da iştirakı nəzərdə tutulurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB