Bundesliqa və Bundesliqa 2-nin taleyinə aprelin 23-də aydınlıq gələcək
Almaniyada futbol liqalarının taleyinə aprelin 23-də aydınlıq gələcək.
SİA xəbər verir ki, Bundesliqa və Bundesliqa 2-nin taleyini həll edəcək iclasın vaxtı dəyişdirilib.
Qeyd edilib ki, klublara daha çox zaman vermək məqsədilə aprelin 17-də keçirilməli olan iclasın vaxtı ayın 23-nə keçirilib.
Bundan əvvəl Almaniya Futbol Birliyinin rəhbəri Kristian Zayfert çempionatı may ayında bərpa edib, iyun ayında bitirmək niyyətində olduqlarını açıqlamışdı.
Xatırladaq ki, Almaniyada futbol çempionatları aprel ayının 30-dək təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB