İngiltərə Premyer Liqasının qalan oyunları “Uembli” stadionunda və “Sent Corc Park” futbol mərkəzində keçirilə bilər. SİA-nın “The Times”a istinadən məlumatına görə, belə bir təklifi İngiltərə Futbol Assosiasiyası irəli sürüb.
Bildirilib ki, “Uembli” mövsümü ən qısa müddətdə başa vurmaq üçün gün ərzində bir neçə qarşılaşma qəbul edə bilər. Onun yaxınlığında komandaların yerləşə biləcəyi üçün çoxlu sayda otel və məşq bazaları var.
Qeyd edək ki, İngiltərə Premyer Liqası ən azı aprelin 30-dək təxirə salınıb. Çempionatda 38 turdan 29-u oynanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB