"Başakşehir"in prezidenti koronavirusa qalib gəlib

"Başakşehir"in prezidenti koronavirusa qalib gəlib

Türkiyənin "Başakşehir" klubunun prezidenti Göksel Gümüşdağ koronavirusdan sağalıb. SİA-nın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, klub rəhbərinin 21 günlük müalicə müddəti başa çatıb.

Göksel Gümüşdağ klub saytı vasitəsilə başda ölkə prezidenti və səhiyyə naziri olmaqla, ona dəstək verən hər kəsə təşəkkürünü bildirib

Bütün xəbərlər Facebook səhifəmizdə