Veloyürüşlərin vaxtı dəyişdiriləcək

“Tour de France” və “Giro d'Italia” çoxgünlük veloyürüşlərinin vaxtı dəyişdiriləcək. SİA-nın məlumatına görə, yarışların təşkilatçıları artıq yeni tarixi müəyyənləşdirməyə çalışırlar. Belə ki, mayda keçirilməsi nəzərdə tutulan “Giro d'Italia”nın oktyabrda təşkil olunması planlaşdırılır.

Təqvimə əsasən iyunun 27-dən iyulun 19-dək keçirilməli olan “Tour de France” yarışının isə nə vaxta təxirə salınacağı hələ məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə