“The Race” portalının təşkilatçılığı ilə Formula 1 üzrə virtual “Əfsanələr yürüşü” adlı yarış keçirilib. SİA-nın məlumatına görə, iki hissədən ibarət yarışın birincisi klassik formatda təşkil olunub. Yarışın qalibi 2009-cu ildə Formula 1 üzrə dünya çempionu Censon Batton olub.
İkinci yarışda isə bolidlərin start düzülüşü ilk yürüşdən fərqli olaraq – geridən önə doğru olub. Bu yürüşdə isə sabiq Formula 1 pilotu Emmanuel Pirro birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, koronavirus pandemiyasına görə, avto idman yarışlarının təxirə salındığı bir vaxtda virtual yürüşlər azarkeşlər tərəfindən maraqla qarşılanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB