Rivaldo özbəklərdən 16 milyon avrosunu ala bilmir

Rivaldo özbəklərdən 16 milyon avrosunu ala bilmir

Məşhur braziliyalı futbol ulduzu, bir zamanların ən yaxşı futbolçusu kimi dünyada ad çıxarmış Rivaldo, sən demə özbəklərdən bərk narazı imiş. Siasport.az saytı xəbər verir ki, buna da əsas səbəb Özbəkistanın "Bunedkor" futbol klubunun braziliyalı futbolçuya çatacaq 16 milyon avronu verməkdən boyun qaçırmasıdır. Belə demək mümkünsə, özbək qardaşlarımız braziliyalıya "atıblar".

Hər halda belə olmasaydı, 2008-2010-cu illər arasındakı dövrdə özbək klubunun şərəfini qorumuş braziliyalı futbol ulduzu beynəlxalq təşkilatlara və məhkəmələrə üz tutmazdı.

Rusiyanın "Lenta Ru" informasiya saytının xəbərinə görə, artıq məşhur futbolçu "Bunedkor" futbol klubunun rəsmi sponsoru olan İsveçrənin "Zeromax" kompaniyasını da məhkəməyə verməyə hazırlaşır. Xatırladaq ki, əsasən neft-qaz biznesi ilə məşğul olan bu şirkətin Özbəkistan prezidenti İslam Kərimovun qızına məxsus olduğu deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə