Koronavirus pandemiyasına baxmayaraq, bu gün daha bir ölkədə futbol mövsümü başlayıb

Koronavirus pandemiyasına baxmayaraq, bu gün daha bir ölkədə futbol mövsümü başlayıb

Koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, bu gün daha bir ölkədə futbol mövsümü başlayıb.

SİA xəbər verir ki, Tayvanda milli çempionat start götürüb. 8 komandalı çempionatda turun hər 4 görüşü bu gün olub. Son çempion “Taybey Tatun” evdə “Taypoverə” uduzub – 2:3. “Hanq Yun” öz meydanında “Taycenq Lions”a 4 cavabsız qolla qalib gəlib.

“Taynan Siti” səfərdə “Minq Cuan Universiti”dən üstün olub – 4:2. “Taycunq” – “Tayvan Universiti” matçında isə ev sahibləri 2:1 hesablı qələbəyə sevinib.

Növbəti turun oyunları isə aprelin 19-da olacaq.

Qeyd edək ki, bu gün açıqlanan nəticələrə görə, Tayvanda ümumilikdə 388 nəfər koronavirusa yoluxub və onlardan 6-sı ölüb.

Əlavə edək ki, hazırda dünyada yalnız Belarus, Burundi, Nikaraqua və Tacikistanda yerli çempionatlar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə