"Liverpul"un koronavirusa yoluxmuş əfsanəsi xəstəxanadan çıxdı

"Liverpul"un koronavirusa yoluxmuş əfsanəsi xəstəxanadan çıxdı

İngiltərə "Liverpul"unun sabiq futbolçusu və baş məşqçisi Kenni Dalqliş xəstəxanadan buraxılıb.

SİA-nın məlumatına görə, 69 yaşlı mütəxəssisin koronavirusdan müalicəsi uğurla tamamlanıb. Dalqliş buna görə həkimlərə və tibb bacılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Kenni Dalqlişin koronavirusa yoluxduğu aprelin 10-da müəyyənləşib. O, futbolçu kimi yalnız Şotlandiya "Seltik"i və İngiltərə "Liverpul"unda forma geyinib. 1985 - 1991 və 2011 - 2012-ci illərdə "Liverpul"un baş məqçisi olmuş Dalqliş "qırmızılar"a 3 çempionluq, 2 ölkə kuboku, 4 Superkubok, habelə Liqa Kuboku qazandırıb. Təcrübəli mütəxəssis "Blekbern"lə də çempion olub. 2000-ci ildə o, "Seltik"i tərk etdikdən sonra 11 il məşqçi kimi çalışmayıb. Daha sonra Dalqliş bir il "Liverpul"a rəhbərlik edib və daha məşqçiliyə qayıtmayıb. Təcrübəli mütəxəssis 2018-ci ildə Cəngavər titulu alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə