Rusiyanın “Lokomotiv” klubu məşqçi heyəti və futbolçuların maaşını azaldıb

Rusiyanın “Lokomotiv” klubu baş məşqçi Yuri Syominlə onun köməkçilərinin, eləcə də futbolçuların maaşını azaldıb.

SİA xəbər verir ki, bunu “Qəbələ”nin sabiq çalışdırıcısı Rusiya mətbuatına açıqlamasında deyib. Təcrübəli mütəxəssis koronavirus pandemiyasının yaratdığı böhranla əlaqədar kluba dəstək olmaq üçün bu addımın vacib olduğunu bildirib:

“Razılaşdığımız yaxşı oldu. Bu, əladı. Maaş məsələsinə gəlincə, mən komandanın bir hissəsiyəm və oyunçularla bütün razılaşmaları tam dəstəkləyirəm”.

Qeyd edək ki, Rusiyada "Zenit", "Spartak", ÇSKA, "Dinamo", "Rubin", "Ufa" və "Krılya Sovetov" klublarında da məvaciblərin azaldıldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...