Elvin Məmmədov: ""Bakı"yla oyun qırılma nöqtəsi ola bilər"

Elvin Məmmədov: ""Bakı"yla oyun qırılma nöqtəsi ola bilər"
"Qarabağ" klubu "Bakı"yla oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, gündə bir dəfə məşq edən komanda Premyer Liqanın final mərhələsinin ilk dövrəsinin son turunda qələbə qazanmaq istəyir. Sabah Tofiq Bəhramov adına respublika stadionunda paytaxt təmsilçisinin qonağı olacaq komandada zədəli futbolçu yoxdur. Adətən "Bakı"ya qarşı yaxşı futbol nümayiş etdirən Elvin Məmmədov bu dəfə də ümidlidir: "Hə, bəlkə də "Bakı"ya qarşı oyunum yaxşı alınır. Amma bunun hər hansısa xüsusi səbəbi yoxdur. Bütün oyunlara sona qədər motivasiya olmağa çalışıram. "Bakı" yaxşı komandadır. Altılıqda qələbə qazana bilməyiblər. Ona görə də 3 xal üçün meydana çıxacaqlar. Bizim üçün oyun çox vacibdir. Ən azından yenidən 2-ci pilləyə yüksəlmək üçün önəmlidir. AZAL əla sürət yığıb. Artıq nəfəsini hiss etdirir. Son 2 oyunda qələbə qazanmasaq da elə də pis oynamadıq. "Bakı"yla oyun qırılma nöqtəsi ola bilər. Təbii ki, büyün oyunlarda olduğu kimi "Bakı"yla matça da 3 xal üçn çıxacağıq. Gərgin oyun olacaq. Amma inanıram ki, sonda gülən "Qarabağ" olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə